Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 21 yaşlı əsgər Məhərrəmov Elnur Nərbala oğlu dəfn edilib.
Oxu.Az xəbər verir ki, şəhidlə doğulduğu Göyçay rayonunun Şəkər kəndində vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid Şəkər kənd qəbiristanlığında torpağa tapşırılıb.