“Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin”
“Aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin". Bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, onlara edilən müraciətlərin 20 faizi alimentlərlə bağlıdır: "Alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin. Verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm bu məsələni nəzərə alsınlar".
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, alimentin ödənilməməsinə görə cinayət məsuliyyəti var və məhkəmə təcrübəsində də bu, tətbiq olunur: “Bu Konvensiyaya qoşulmağımız valideynləri xaricdə olub aliment ödəməyən uşaqları əhatə edəcək və bu, problemlərin həllinə təsir edəcək”.