Kosmosda gözün torlu qişası hazırlanıb
Beynəlxalq Kosmos Agentliyi görmə əngəllilərə müjdəli xəbər verib. Kosmosda aparılan bir tədqiqat çikro-cazibə qüvvəsinin hakim olduğu müstəvidə süni şəkildə istehsal ediləcək gözün torlu qişasının görmə əngəlinin aradan qaldırılmasında daha təsirli olacağını təsdiq edib. “Şərq” “NTV,com.tr”yə istinadən xəbər verir ki, bu tədqiqat bir çox göz xəstəliklərinin, o cümlədən korluğun müalicəsində ümid qaynağı ola bilər. İşıq gözə daxil olduqda fotoreseptorlar adı verilən, işığa həssas hüceyrələr onu elektrik siqnallarına ötürdüyü orqanın arxasındakı incə bir təbəqə olan torlu qişaya keçir. Siqnallar daha sonra beynə göndərilir. Bu, insan gözünün necə gördüyünü tərif edən sadə izahdır. Görmə qabiliyyətinin zəifləməsi və ya itirilməsi isə bəzi xəstəliklərin fotoreseptorlara zərər verməsi nəticəsində yaranır. Yəni işığa həssas hüceyrələr zədələnir və işıq siqnallarını qəbul edib-ötürə bilmirlər. Milyonlarla insanı gün işığına həsrət qoyan bu problemin dünənədək müalicəsi yox idi. Lakin indi kosmosun da qatıldığı bir layihə var. Mərkəzi "Connecticut olan “LambdaVision” şirkəti gözün süni torlu qişasını istehsal etmək üçün “bakteriorhodopsin” adı verilən işıqla aktivləşdirilmiş proteindən istifadə edir. Bu torlu qişalar zədəli fotoreseptorları dolduraraq torlu qişa degenerasiyası olan insanlarda görmə qabiliyyətini bərpa etmək üçün fəaliyyətə keçir. Süni torlu qişaların hər biri göz ağı üzərində 200 protein təbəqəsi əmələ gətirir. Bu təbəqələr nə qədər düzgün olarsa, implant də o qədər çalışacaq. Lakin istehsal zamanı ən xəfif cazibə qüvvəsi də istehsala zərər vermək gücündədir. Odur ki, şirkət istehsal üçün fəzanı – cazibə qüvvəsinin sıfır olduğu kosmosu seçib. Və bu məqsədlə kosmosda araşdırmalar aparan “Space Tango” firması ilə müqavilə bağlayıb. Şirkət 2023-cü ilədək istehsalı başa çatdırmaqda, 2024-cü ildə isə gözün süni torlu qişalarının tətbiqinə başlamaqda qərarlıdır.