“Biz Rusiyaya Ukrayna ilə müharibədə istifadə etmək üçün heç bir silah və pilotsuz uçuş aparatı verməmişik və verməyəcəyik”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib və qeyd edib ki, İran Ukrayna ilə görüş zamanı bunu müzakirə etməyə hazırdır.
Ukraynalı hərbi ekpert Aleksandr Kovalenko məsələyə münasibət bildirib.
O, Baku TV-yə açıqlamasında bildirib ki, Ukrayna rəhbərliyinin İran İslam Respublikasının rəsmi nümayəndələrinə etibarı yoxdur.
“Bu gün əlimizdə İran PUA-larının yüzlərlə nümunəsi var. Sual yaranır ki, Rusiyada bu qədər İran PUA-ları haradandır? Açıq mənbələrdə belə Rusiya hərbi nəqliyyat aviasiyası vasitəsilə Rusiyadan İrana və İrandan Rusiyaya müntəzəm uçuşların təşkil olunduğunu təsdiqləyən faktlar var.
Əvvəllər biz Rusiya ilə silah alveri edirdik. Lakin Ukrayna müharibəsi zamanı yox” deyən diplomat əlavə edib ki, Rusiyanın Ukrayna müharibəsində İranın PUA-larından istifadə etdiyi məlum olarsa, ölkəsi buna biganə qalmayacaq”, - deyə hərbi ekspert qeyd edib.