Vətən müharibəsi iştirakçısı, Şuşa fatehi, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə:
"28 yaşını tamamlayan "Şərq" qəzetinə uğurlar arzulayıram. "Şərq"ə Günəşin Şərqdən doğub Qərbdə batdığı parlaq yol qədər ömür arzulayıram. İnanıram ki, Akif bəyin rəhbərliyi ilə "Şərq" ailəsi daha da parlaq uğurlara imza atacaq. "Şərq" qəzeti hər zaman milli dəyərlərə, türkçülüyə, dövlətçilik ənənələrinə, vətənpərvərliyin təbliğinə böyük töhfələr verib. Bu yolda zəhməti olan "Şərq" ailəsini rəhbəri olduğum “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin qəhrəman üzvləri adından ürəkdən təbrik edirəm".