Lerikdə xəstəxanada baş verən intiharla bağlı yeni məqamlar açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının qeyri-tibb (anbardar) işçisi 30.04.1990-cı il təvəllüdlü Baxşıyev Orucəli Hacı oğlu 27.10.2022-ci il tarixində saat 23:40 radələrində öz otağında növbədə olan gözətçi tərəfindən asılı vəziyyətdə aşkarlanıb. O.Baxşıyevin öldüyü məlum olub və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.
09:20
Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib.
“Report” xəbər verir ki, xəstəxanada anbardar vəzifəsində çalışan Orucəli Baxşıyev xidməti otağında özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.