İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək, vurğulayıb ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Səfir əməkdaşlığımızın gündən-günə möhkəmlənləndiyini qeyd edib. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını deyib və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunulub, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olunub.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.