Bənövşəyi xətt Babək prospektinə kimi uzadılacaq və "Sahil" stansiyasında Bənövşəyi xəttə keçid olacaq
3-4 milyard xərclənəcək, bu iş milyon dəfə yolların genişlənməsindən daha faydalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına qatarlar barədə məlumat veriblər. Bildirilib ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir. Diqqətə çatdırılıb ki, “81-765 B/766 B” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub. Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk. Dövlət başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxıb. Qeyd edilib ki, yeni qatarlar nәzәrә alınmaqla Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
Cənab Prezidentin metropolitenin inkişafına önəm verməsi paytaxt sakinlərinin ürəyincədir. Metro son zamanlar sərnişinlərin ən çox istifadə etdiyi ictimai nəqliyyatdır. Xüsusən tıxacların böyük problem yaşatdığı dönəmdə sərnişinlərin mənzil başına daha tez, tıxacsız və nisbətən rahat çatması yeraltı nəqliyyat - metro ilə mümkündür. “Nisbətən rahat” ifadəsini isə ona görə qeyd etdik ki, son zamanlar metroda da sıxlıq yaşanır. Bu isə yerüstü nəqliyyatdakı mövcud problemlərlə bağlıdır. Cənab Prezidentin metronun inkişafına diqqət ayırması ictimai nəqliyyatın bu növünün gələcək perspektivindən xəbər verir. Mütəxəssislər də hesab edir ki, ictimai nəqliyyatdakı probemlərin, eləcə də tıxaclardan xilas olmağın yolu relsli nəqliyyatın inkişafına bağlıdır.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında cənab Prezidentin yeni nəsil metro vaqonları ilə tanışlığı zamanı açıqlanan perspektiv planın metropolitenin inkişaf strategiyasını bəlli etdiyini bildirdi:
- Metropolitenin inkişafında prioritetlər məlum oldu.
1. Bənövşəyi xəttin Babək prospektinə kimi uzadılması. Sahil stansiyasında Bənövşəyi xəttə keçidin olacağı.
2. Xətai-Həzi Aslanov xəttinin tikintisi.
Xərclər 4 milyard manata kimi təşkil edə bilər. Bu addım ildə 120 milyon əlavə sərnişin cəlb edə bilər.
İnşaatçı-mühəndis Azər Axundov da metropolitenin inkişafı ilə bağlı fikirlərini bölüşüb:
- Bu gün cənab Prezidentə yeni vaqonların təqdimatı sırasında metronun gündəmdə olan inkişaf sxemi də təqdim edildi. Daha öncə “Xocəsən” stansiyasının açılışında təqdim edilən istiqamətlərdən fərqli olaraq, bu sxemdə 2 prioritet istiqamət qeyd olunub: 1. Bənövşəyi xəttin Ağ Şəhərə kimi uzadılması. 2. Yaşıl xəttin “Həzi Aslanov” stansiyasına kimi uzadılması. Sxemdə bu işlərin icra olunması üçün 3.8 - 4 milyard AZN investisiyanın tələb olunduğu da qeyd olunub. Sxemdə ən maraqlı məqam isə bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır. Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyas Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökümət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa, 5 stansiya tikilməlidir. Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar dostluğu” stansiyasında kəsişirdi. “Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər. Hər bir halda, hələ ki, dəqiq bir məlumat yoxdur, lakin bu planların açıqlanması kiçik də olsa ümid yaradır. Dəqiq olan tək bir şey var, o da metroya mütləq investisiya ayırmağın vacib olmasıdır. Yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərir ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var. Basabas olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Hər iki növün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyon dəfə yolların genişlənməsindən daha faydalıdır.