Nazir yeni sədri kollektivə təqdim etdi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov kollektivə təqdim olunub.
Oxu.Az-ın məlumatına görə, onu kollektivə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təqdim edib.
Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Mürvət oğlu Rüstəmov “AzərbaycanDəmir Yolları” QSC-nin sədri təyin edilib.
Xatırladaq ki, bundan əvvəl sözügedən QSC-nin sədri Cavid Qurbanov olub.