Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.
Oxu.Az-ın məlumatına görə, artıq bu gündən ölkə ərazisində “TikTok”a giriş mümkün olub.
Qeyd edək ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlamamaq məqsədi ilə bağlı “TikTok”un fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alıb.