Gəncə Şəhər Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxs Kardioloji Xəstəxanasında baş həkim işdən azad edilib.
APA-nın yerli bürosunun məlumatına görə, baş həkim Namazov Faxrəddin Namaz oğlu yaş həddinə görə vəzifəsindən azad edilib.
Qeyd edək ki F.Namazov uzun illər sözügedən tibb ocağının baş həkimi işləyib.
Onun yerinə təyinat olmayıb.