Salyan rayonunda 8 Noyabr - Zəfər günü münasibəti ilə konsert proqramı təşkil olunub.
“Report”un Aran bürosunun məlumatına görə, konsert proqramı Heydər Əliyev mərkəzində baş tutub.
Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək 30 il həsrətində olduğumuz Qarabağ torpaqları düşmən işğalından azad edilib.
Bildirilib ki, Zəfər sevincini bizlərə yaşadan şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq, gələcək nəsillərə bir nümunə kimi çatdırılacaq.
Konsert proqramında Vətənə, torpağa həsr olunan mahnılar ifa edilib.