Erməni vandallığı davam edir


Qəbir abidələrinin, məzarlıqların dağıdılması beynəlxalq hüquqla ən ağır cinayət hesab olunur

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.
  Kadrlarda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

  Təbii ki, hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Məzarlığın dağıdılması tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. Bu isə insanlığa qarşı cinayət faktıdır. 

Qeyd edək ki, ermənilərin azərbaycanlılara məxsus maddi-mədəni irsi, dini abidələri, müqəddəs məkanları dağıtması və murdarlaması onların köhnə vərdişidir.  Mənfurlar  mütəmadi olaraq azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələrini, qəbiristanlıqları dağıdıblar.

  Öz miflərini bəşər tarixi hesab edən bu xalq bölgədə Azərbaycan tarixi və mədəniyyətinin mövcudluğu faktına dözüm göstərə bilmir. Hər şeyi, hər yeri və hamını erməni hesab edən haylar əllərinə keçən hər fürsətdə öz qonşularının, xüsusilə də azərbaycanlıların maddi-mədəniyyət nümunələrinə qarşı səlib yürüşü elan edirlər.

  Bu gün Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfər edən beynəlxalq ictimaiyyət, KİV nümayəndələri, ümumiyyətlə, hər bir insan Ermənistanın 30 il ərzində bu ərazilərdə törətdikləri vandallıqlardan dəhşətə gəlir, şoka düşür və sözün əsl mənasında, bu vəhşiliyi ifadə etməyə söz tapmırlar. Onlar işğaldan azad edilən torpaqlarımıza etdikləri səfərlər sayəsində insanlığın qənimi, mədəniyyətin düşməni olan erməni qaniçənlərini, vəhşilərini yaxından tanıyırlar. İllərdir Azərbaycan xalqının necə faşist, goreşən düşmənlə mübarizə apardığının şahidi olurlar.

  Politoloq Qabil Hüseynli “Şərq”ə açıqlamasında deyib ki,  bu hadisəni Azərbaycan xalqına qarşı humanitar hüquq kontekstində törədilən cinayətlərin davamı kimi qəbul etməliyik: 

 “Yayılan görüntülər Ermənistan tərəfindən Azərbaycana qarşı 30 il ərzində həyata keçirilən insanlıq əleyhinə cinayətlərin davamı kimi nəzərdən keçirilməlidir. Qəbir abidələrinin, məzarlıqların dağıdılması həm Azərbaycan qanunvericiliyi, həm beynəlxalq hüquqla ən ağır cinayət hesab olunur. Belə addımlar bəşəriyyətə qarşı ağır cinayətlər kimi nəzərdən keçirilir. Bu addım Azərbaycan xalqının irsinin yer üzündən silinməsi, azərbaycanlılara qarşı törədilən vandal bir hərəkətdir. Təbii ki, bu hərəkəti törədənlər və buna ehtinasız yanaşan bütün şəxslər beynəlxalq hüquqla məsuliyyət daşıyır. Azərbaycan xalqının irsinin dağıdılmasına yönəlmiş hərəkətlər cavabsız qalmamalıdır.

  Ermənilər bu abidələri, qəbirləri dağıtmaqla bizim izimizi həmin torpaqlardan silməyə çalışırlar. Belə hərəkətlər işğal altındakı Azərbaycan torpaqlarında da törədilmişdi. 

44 günlük Vətən müharibəsi işğaldan azad edilən torpaqlarımızdakı erməni vəhşiliyini də gün üzünə çıxarıb. İndi beynəlxalq aləm faşist xislətli ermənilərin əsl simasını görür və etiraf edir.

  Ağdamda, Şuşada və digər işğaldan azad edilmiş bölgələrimizdə qeyri-insani davranışlar sərgilənib, qəbirlər yerlə-yeksan olunub. Bir sıra bölgələrdə, hətta qəbiristanlıqların izi belə silinib. Postmüharibə dövründə ölkəmizə gələn, işğaldan azad edilmiş bölgələri ziyarət edən beynəlxalq aləmin nümayəndələri bu faktları öz gözləri ilə gördülər. 

Törədilən erməni vəhşiliklərinin miqyası ölçüsüzdür. Yayılan son videogörüntülərdə də analoji vəziyyət əks olunub. Bu faktın harada baş verməsi elə də mühüm əhəmiyyət kəsb etmir. Əsas olan odur ki, ermənilər tarixi, dini, mədəni abidələrimizə qarşı bu kimi vəhşiliklər törədir. Sosial şəbəkələr ermənilərin döyüş meydanında qeybə çəkilən “qəhrəmanlığı”nın bir daha azərbaycanlılara məxsus müdafiəsiz abidələrə qarşı yönəldiyini ifşa edir.

  Və təəssüf ki, fəaliyyətini humanitar siyasət üzərində quran bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrini yerlə-yeksan etməsinə susqunluq nümayiş etdirir, bu günə qədər həmin məsələyə münasibət bildirmir”.
 
 Politoloqun sözlərinə görə, erməni reallıqlarını dünyaya qəbul etdirən əsas amil  beynəlxalq ictimaiyyət nümayəndələrinin işğaldan azad edilən torpaqlara səfər edərək bu vəhşiliklərlə yerindəcə tanış olması, ən başlıcası isə Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəal diplomatik fəaliyyətdir:  

“Bu yöndə sistemli şəkildə həyata keçirilən uğurlu siyasət sayəsində bəşəriyyət insanlıq və mədəniyyət düşməni olan erməni vəhşilərini tanıyır, illərdir Azərbaycan xalqının necə bir vandal, qaniçən, goreşən düşmənlə mübarizə apardığını görüb vəhşiliklərini anlayır. Bu gün Bakıda erməni abidələri, erməni kilsəsi var, ancaq biz onu təmir etmişik, yaxşı vəziyyətdə qoruyub saxlayırıq. Kəlbəcər rayonu ərazisində alban kilsəsi var, amma ermənilər onu özününküləşdirərək erməni kilsəsi kimi qələmə veriblər. O abidə də qorunur. Ancaq ermənilər bizə qarşı eyni münasibəti sərgiləmirlər. Dünən belə məlumat verdilər ki, Basarkeçər ərazisində ermənilər vaxtilə orada yaşamış azərbaycanlıların qəbirlərini dağıdırlar. Göyçə ərazisində böyük Aşıq Ələsgərin abidəsini yıxıblarsa, digər abidələri dağıtmaq onlar üçün çox asandır, onlar hər fürsətdə erməni vandalizmini nümayiş etdirirlər”.

  Millət vəkili Azər Badamov isə hesab edir ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə, məzarlıqlarına qarşı  erməni faşizmi məqsədyönlü dövlət siyasətinə çevrilib:

 “Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv edib. 

Bunu faktlar da təsdiqləyir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri olub.

 Bütün bunlar ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilib. Onlar nəinki tarixi-mədəni irsə hörmət göstərməyib, həm də qəbirləri dağıdıblar. Bu isə ən qeyri-insani hərəkətlərdir”.

  Millət vəkili bildirib ki, baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir. “Maraqlıdır ki, ortada faktlar mövcuddur, amma UNESCO hələ də susmağa üstünlük verir. 

UNESCO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqının yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır”, - deyən A.Badamov əlavə edib ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO işğaldan azad edilmiş ərazilərimizdə törədilən vəhşiliklərə də göz yumur. Müharibənin bitməsindən ötən 2 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərilməyib. 

Halbuki baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir: 

“Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, işğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi. Azərbaycan hər zaman UNESCO-ya ciddi töhfələr vermiş ölkələrdəndir. 

Dünyanın bir çox yerində bəşəri mədəniyyətin bir parçası adlanan nümunələrin qorunmasında Azərbaycan həm təşəbbüskar, həm də maliyyəçi qismində iştirak edib. UNESCO-nun ən yeni tarixində, fəaliyyətində, nüfuzunun artırılmasında mənəvi mənada borcu olduğu ölkələrdən biri məhz Azərbaycandır. 

Mənəvi şəkildə borclu olduğu ölkəyə qarşı belə yanaşma isə adekvat sayıla bilməz. UNESCO-nun bu addımı elan etdiyi, üzərinə götürdüyü vəzifə və öhdəlikləri lazımi şəkildə həyata keçirə bilmədiyini deməyə əsas verir”.