Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub

Bərdədə qonşusunu döyməkdə şübhəli bilinən şəxs tutulub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 21-də rayonun Nazırlı kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Tufan oğlu evinin həyətində qonşusu, 1994-cü il təvəllüdlü Orxan Tofiq oğlu ilə mübahisə edərək ona zərbə vurub, sağlamlığına ağır zərər yetirib.
Dekabrın 14-də faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.