Karate üzrə Azərbaycan milli komandasının üzvü Asiman Qurbanlı Minsk şəhərində keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beynəlxalq turnirə oktyabrın 20-də yekun vurulacaq.