Assancın atası Moskvaya getdi

Vikiliksin təsisçisi Culian Assancın atası, ictimai fəal Con Şipton Moskvaya gedib.

Axar.az xəbər verir ki, bunu publisist, beynəlxalq hüquq müdafiəçisi Mira Terada özünün Teleqram kanalında yazıb.

“İctimai fəal və Culian Assancın atası əziz Con Şiptonu qarşıladım. Moskvaya xoş gəlmisiniz”, - Terada bildirib.