Gökçe Bahadır: "Cəsarətli geyinməyi xoşlayıram"

 Türkiyəli aktrisa Gökçe Bahadır reklamının siması olduğu brendin təqdimat mərasimində mətbuat mənsubları ilə görüşüb.
O, işbirliyi haqda bunları deyib: “Yeni səyahətim başlayıb. Rahat və şık geyim vacibdir. İkisini birləşdirmək asan deyil. Geyim həm zərif, həm də cəsarətli olmalıdır. Mən cəsarətlə geyinməkdən çox zövq alıram".
  Bahadır yeni mövsümlə bağlı planları ilə bağlı suala belə cavab verib:
“Mənim işim aktyorluqdur və işimi görməkdən çox zövq alıram. Hər yeni iş məni həyəcanlandırır. Həyəcanla yaşamaq vacibdir. Sevdiyim həyat sürətli bir həyatdır. Mən bu sürətli həyatı seçdim!”.