Sinvarın son anlarının görüntüləri də ortaya çıxıb - FOTO

 İsraillə münaqişədə həyatını itirən HƏMAS lideri Yəhya Sinvarın yeni görüntülərini yayıb. 


Sherg.az xəbər verir ki, görüntülər Sinvar və ailəsinin Qəzza tunellərindəki anlarını əks etdirib. İsrail sözügedən görüntülərin 7 oktyabr hücumundan əvvəlki günə aid olduğunu iddia edib.

Sinvar ailə üzvləri ilə birlikdə tuneldən keçərkən və əşyalar apararkən görüntülənib. 


Həmas liderinin tuneldə bir neçə dövrə vurduğu anlar olub.

Tuneldə bir qadın və iki uşağın Sinvarla birlikdə əşyalar apardığı müşahidə edilib.

HƏMAS lideri Sinvar İsrail ordusunun Rəfah şəhərindəki hücumu nəticəsində öldürülüb. 



 
İsrail 7 oktyabr hücumlarını planlaşdıran və müharibə boyu Qəzzada gizlənən Həmas liderini bir ildən çox idi ki, axtarırdı.

Görüntülərdə Sinvarın ağır yaralandığı və mübarizəni son ana qədər davam etdirdiyi görülüb.