Neslihan Atagül ana olmaq üçün günləri sayır

Oğlu olacaq

  Neslihan Atagül və Kadir Doğulunun "Fatih Harbiye" serialındakı dostluğu zamanla sevgiyə çevrilib və 2016-cı ildə evləniblər.
“Sherg.az” xəbər verir ki, bir müddət əvvəl "Gecenin Ucunda" serialında baş rolları paylaşan məşhur cütlük son aylarda doğulacaq körpələri ilə bağlı müjdə alıb.
  Neslihan Atagül hamilə olduğunu "Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdı... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq" sözləri ilə bildirib.
İtaliyada qatıldığı proqramda körpəsinin cinsiyyətini açıqlayan Neslihan Atagül oğlu olacağını bildirib.
Ana olmaq üçün günləri sayan aktrisa yeni pozasını qarnı burnunda paylaşıb.
Digər tərəfdən Neslihan Atagül, "Çox xoşbəxtik, əhvali-ruhiyyəmiz yaxşıdır, Allaha şükür. Açığı, çox şey demək olmaz" deyərək ana olmaqdan çox həyəcanlı olduğunu dilə gətirib.