Samux rayonunda zəlzələ olub

Samux rayonunda zəlzələ olub.

APA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.