General göstəriş verdi, diplomlarla bağlı araşdırma başladı - İşdən çıxarılanlar var


Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. 

“Qaynarinfo” xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib. 

Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb. 

O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır.