Qəhrəmanmaraşda növbəti zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.