Hacıqabulda yol qəzası olub

Hacıqabulda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Chery" markalı minik abtomobili yolu keçən qadını vurub.
Yaralanan Bakı sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızı xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.