Rusiyada yaşayış binasında partlayışda ölənlərin sayı artıb

Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən qaz partlayışında ölənlərin sayı dördə çatıb.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Son məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.