Türkiyə Gəncəyə yeni Baş konsul təyin etdi

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib.
“Report”un məlumatına görə, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb.
Diplomat vəzifəsinin icrasına 2023-cü il yanvarın 1-də başlayacaq.
Qeyd edək ki, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkün səlahiyyət müddəti dekabrın 20-də başa çatıb.