Medvedevin jurnalisti nəyə görə bloka atmasının səbəbi bilindi - FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çağırış yaşını 30-a qədər qaldırmaq istəyir. 
Bununla əlaqədar olaraq “The Insider” araşdırma layihəsinin rusiyalı jurnalisti Sergey Yejov RF Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən oğlu 27 yaşlı İlya Medvedevin müharibəyə gedib-getməyəcəyini soruşub.
“Çağırış yaşı, Şoyqunun dediyi kimi, 30-a çatdırılsa, İlya Dmitriyeviç Medvedev adlı “Vahid Rusiya” partiyasının vəsiqəsinə malik olan bu vətənpərvər vətəndaşın hələ də vətəninə xidmət etmək və ilk gündən müqavilə imzalamaq şansı var. Hərbi komissarlığa ilk gedən o olacaq, elə deyilmi, Dmitri Medvedev?” - deyə Yejov özünün “Twitter” hesabında sual edib.