Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında proses zamanı ölüm baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.
62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.