Meyxanaçılardan Rəşad Dağlının övladlarına Yeni il sürprizi

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsini Yeni il münasibəti ilə təbrik etmək üçün meyxanaçılar onun evində olublar.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının oğlunun sosial media hesabında paylaşım edilib. Sənət dostları bayram münasibəti ilə Rəşadın övladlarına müxtəlif hədiyyələr aparıb, Şaxta baba və Qar qızı ilə onları təbrik ediblər.
"Sizə çox təşəkkür edirik. Yeni il günü gəlib bizi təbrik etdiniz. Sürpriz etdiyiniz, Şaxta baba və Qar qızı bizi çox sevindirdi" deyə, Rəşadın oğlu Yusif yazıb.