Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib", - məlumatda deyilir.
Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.
Məlumata görə, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.