Tağı Əhmədovla vida mərasimi keçirilib

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovla vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasim T.Əhmədovun Novxanıdakı evində baş tutub.

Mərasimdə mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi dəfn üçün Əhmədli qəbiristanlığına aparılır.