Azərbaycan və Ermənistan BRİKS-ə üzv olarsa...

Gələcəkdə Azərbaycan və Ermənistanın BRİKS-ə qoşulması iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

" Ermənistan və Azərbaycanın BRİKS-ə qoşulması dövlətlərarası dialoq imkanlarını obyektiv olaraq artıracaq və bu, münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 22-24- də Kazan şəhərində BRİKS-in növbəti sammiti keçiriləcək.