Avropa ölkəsindən Livana dəstək: Bütün cəbhələrdə...

Livana bütün cəbhələrdə kömək etməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni Livana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Nəcib Mikati ilə görüşdə deyib.

O bildirib ki, Qəzzada davamlı sülh mütləqdir:

“Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı sülhməramlı qüvvələri gücləndirilməlidir. Bu ölkə böyük çətinliklərin öhdəsindən gəlməyə çalışır. İtaliya bütün istiqamətlərdə yardım göstərməyə hazırdır. Hazırda Livanda baş verən toqquşmalara görə 1 milyondan çox livanlı öz evini tərk edib. Biz bu məsələni Avropada qaldıracağıq. Qaçqınların öz ölkələrinə qayıtması üçün lazımi şəraitin yaradılmasını təmin edəcəyik”, - C.Meloni bildirib.