İsrail həlak olan hərbçilərinin sayını açıqladı

İsrail HƏMAS-la toqquşmalarda ölən hərbçilərinin sayını yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun döyüşlərdə ölən hərbçilərinin sayı 740-a yüksəlib. Döyüşlər zamanı 4 945 hərbçi isə yaralanıb.