Naxçıvanla Türkiyə arasında elektrik enerjisi mübadiləsi olacaq

Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında elektrik enerjisi mübadiləsi nəzərdə tutulur.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvanın Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev bildirib.
Onun sözləriknə görə, mübadilə imkanlarının araşdırılması məqsədilə energetika naziri Pərviz Şahbazovun 3 avqust 2021-ci il tarixli əmri ilə yaradılmış işçi qrup Türkiyənin aidiyyəti qurumlarının nümayəndələri ilə bir neçə görüş keçirib, hər iki tərəfdə olan ötürücü və paylayıcı yarımstansiyaların, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, Xidmət və TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) arasında enerji mübadiləsi ilə bağlı “Əməliyyat müqaviləsi”nin imzalanmasına görə sənədləşmə işləri müzakirə edilib. Müqavilənin yaxın vaxtarda imzalanması planlaşdırılır.
Xatırladaq ki, Avropa Qaz Nəqli Operatorlar Sistemi Şəbəkəsi (European Network of Transmission System Operators - ENTSO) Naxçıvandan Türkiyəyə 75 mVt (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), Tükiyədən Naxçıvana isə 40 mVt (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) elektrik enerjisi ötürməyə icazə verib.