Sumqayıtda silah-sursat tapılıb

Sumqayıtda silah-sursat aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Belə ki, qəbiristanlıq ərazisində “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 41 ədəd 5.45 kalibrli güllə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.