Xameneidən Sinvarın ölümünə reaksiya

Sinvarın itkisi İsrailə qarşı müqavimət cəbhəsi üçün tamamilə ağrılıdır.

Axar.az NTV-yə istinadən xəbər verir ki, bunu İran rəhbəri Əli Xamenei deyib.

“Lakin onun şəhadəti ilə müqavimət bitməyəcək. HƏMAS sağdır və yaşamağa davam edəcək”, - Xamenei bildirib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb.