Bakıda avtomobil qaçıran şəxs ələ keçdi

Bakıda “Chevrolet” markalı avtomobili qaçıran şəxs saxlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 2-də saat 16 radələrində Nəsimi rayonu Səməd Vurğun küçəsi ev 60-ın qarşısından Bakı şəhər sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb. 
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.