Almaniyadan müalicədən qayıdan meyxanaçı Ələkbər Yasamallıdan (Quliyev) xəbər var. Meyxanaçının əmisi oğlu Rasim Quliyev "Sherg.az"a açıqlamasında Ələkbər Yasamallının səhhətinin yaxşı olduğunu deyib:
"Saytlar yalan məlumatlar tirajlayırlar. Səhhətində heç bir problem yoxdur. Hələ mediaya danışmaq fikrində deyil.
Rəşad Dağlının onun bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirməsi barədə isə ümumiyyətlə, fikir bildirmək istəmir. Deyir: “İskəndər də mənimdir, Rəşad da, vəssalam. Bu barədə mediaya açıqlama verəcək, amma indi yox".
Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.