Elşad Hacıyevin rütbəsi artırılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin rütbəsi artırılıb.
"Sherg.az"ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ona polkovnik-leytenant rütbəsi verilib.
Məlumat DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqlənib.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi çalışır.