Zaurdan biabırçı davranış: Operatoru xalqın qarşısında aşağıladı - TƏSİRLİ VİDEO

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinin gedişatında operatorun vəzifəsini aşağılayıb.

"Sherg.az" xəbər verir ki, efir yayımlanan zaman operator  görüntünü başqa plandan verdiyi üçün Z.Baxşəliyev ona göstəriş verməyə cəhd edib.

Aparıcı üzünü operatora tutaraq "Çevir ora kameranın ağzını, çevir! Mən "uje" (red.artıq) efirdən idarə etməliyəm. Kameranı çevir"-, deyib.

Sonra isə operatoru kamera ilə birgə səhnəyə itələyərək alçaldıcı tərzdə "operator kimi iri, xırda plan verməyi bacarırsız? Çevir. İşlə". Böyük Britaniyanın "Röyter" agentliyinin operatoru İsgəndər Qənbərov feysbuk hesabında bu barədə paylaşıb edib.





Operator yazır:
" Zaur özünü kanal rəhbərindən də üstün sayır! Kanala pul gətirdiyinə görə elə bilir efirdə hər şey edə bilər! Operator qeyri-peşəkar, stajor , bir sözlə təcrübəsiz ola bilər. Amma onu efirdə belə təhqir etməyə heç bir haqqı yoxdur! Efirdən sonra nə edirsən et, lakin tamaşaçı telemətbəxi görməməlidir. Bu ilk növbədə kanalın və operator heyətinin reputasiyasını aşağı salan əməldir! Zaura səslənirəm! Operator heyətindən üzr istəməlisən!".