Qar yağmağa başladı, məcbur olmadıqca çölə  çıxmayın!  - XƏBƏRDARLIQ

İstanbulda gözlənilən qar yağışı başlayıb. Anadolu Yakasında Beykoz, Çamlıca, Pendik, Çekmeköy və Kartalda təsirini göstərən qar yağışı Avropa Yaxasında Silivri, Beylikdüzü və Çatalcada da özünü göstərib. 
Sherg.az xəbər verir ki, İstanbul üçün sarı kodlu xəbərdarlıq edən meteorologiya bu axşam yağan qarın təsirini artıracağını açıqlayıb. İstanbul valisi Əli Yerlikaya, "Saat 17:00-dan etibarən məcburi olmadıqca çölə çıxmayaq" xəbərdarlığını edib. Saat 18:00-dan etibarən motosikl, elektrik skuterləri və motokuryerlər nəqliyyatın hərəkətinə çıxa bilməyəcək.

Turan