Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO

Türkiyəyə yardımla bağlı “Əl oyunları” sarayında təşkil edilən yardım kampaniyası çərçivəsində insanların əraziyə axını davam edir.
Oxu.Az xəbər verir ki, insanlar yardım məqsədilə daha çox kişi geyimləri, kurtkalar, adyallar, döşəklər, yorğanlar, qeyri-qida ilə yanaşı içməli sular, konservalar gətirilir.
Ərazidə RİİB könülləri, Heydər Əliyev Fondunun nümayəndələri və digər vətəndaşlar əşyaların daşınmasına köməklik edirlər.
Vətəndaşların şəxsi nəqliyyat vasitələri ilə gəldiklərini nəzərə alaraq DYP əməldaşları tərəfindən Bayıl İstiqamətindən Azneft dairəsinə və əks istiqamətə nəqliyyatın hərəkəti tənzimlənir.
Sürücülərdən nəqliyyat vasitələrini yolun hərəkət istiqamətində saxlamamaları xahiş olunur.