Türkiyədə yenidən dağıdıcı zəlzələnin olması gözlənilmir - Seysmoloq

“Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra Türkiyədə maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunmaqdadır. Bu afterşokların davam etməsi normaldır. Səbəbdə odur ki, tektonik qırılma boyu müəyyən dərinliklərdə layların parçalanması gedir. Bir layda parçalanma getdikdə bu digər laya təsir edir. Bu da afterşoklar yaradır. Zəlzələ çox güclü olub. Bu səbəbdən də afterşokların hələ bir neçə ay davam etməsi mümkündür”.
Bunu Bakupost.az -a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, afterşoklar Türkiyədə yenidən eyni balda güclü təkanların olması demək deyil:
“Türkiyədə yenidən dağıdıcı zəlzələnin olması gözlənilmir. Xırda təkanlar olacaq. Güclü zəlzələdən sonra maqnitudası zəif təkanlar davam etməlidir. Bu, enerji gedənə qədər belə olmalıdır".