Qaxda yığılan yardımla dolu ilk TIR Türkiyəyə yola düşüb - FOTO

Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım toplamaq üçün Qaxda bir neçə ünvan ayrılıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yardım, əsasən, Qax Olimpiya Kompleksində toplanır.
Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək, corablar və s. əşyaları Qax Olimpiya Kompleksinə gətirərək təhvil veriblər. Eyni zamanda, çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri kimi yararlı əşyalar da toplanılır.
Qaxda yığılan yardımla dolu ilk TIR bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.