8 Mart dərdi! – Direktora “haqq” verməyən müəllimi nələr gözləyir? - Sensasion açıqlama

“Martın gəlməsinə hələ bir ay var. Lakin indidən 8 Mart təşvişləri başlayıb. Məktəblərdə valideyn komitələri müəyyən məbləğlər açıqlayıb”. 
Bunu “Sherg.az ” a təhsil üzrə ekspert Elşən Ramizoğlu deyib. Onun sözlərinə görə, hər zaman olduğu kimi yenə 8 Martın gəlişi ilə əlaqəli məktəblərdə xaos yaşanacaq:

“Ümumiyyətlə, hər il olduğu kimi bu il də belə məsələlər ətrafında müzakirələr aparılacaq. Burda iki məqam var. Rüşvətə bəzi valideynin özü təşəbbüs gostərir. Bəziləri də buna narazılıq ifadə edir. Çünki hər kəsin imkanı eyni olmur. Hansısa valideynin imkanı çatmır, haqlı da narazılıq edir.

Digər bir problem isə ondan irəli gəlir ki, bəzi məktəb direktorları  və ya müavinləri özləri bu məsələdə maraqlıdır. Direktor, direktor müavini tanıyıram ki, bayram günü hədiyyə və ya pul verməyən müəllimi zamanı gələndə onun "əvəzini" çıxıb, incidir. Hər birimiz fərd olaraq bu məsələyə qarşı mübarizə aparmalıyıq. Burada həm müəssisədə işləyənlər, həm də  valideynlər rüşvətə qarşı mübarizə aparmalıdırlar. Fikrimcə, hansısa qurum yaranan vəziyyətin qarşısısını ala bilməz. Hər kəs nəzərə almalıdır ki, biz kimisə hansısa "hədiyyə" qarşılığında təbrik etməyə məcbur deyilik”.

Ekspert sonda onu da qeyd edib ki, təhsil müəssisələrində bu kimi hallara yol verilməməlidir:“Direktorlar belə məqamların qarşısını almalıdır”. 

Şərqiyyə Nəbi