Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?

Şəhid atasının 43 saat polis bölməsində saxlanıldığı iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
Bildirilib ki, Sabunçu rayonu, 12-ci polis şöbəsində heç bir əsas olmadan, şəhid atasının qanunsuz olaraq azadlıq hüquqi 43 saat ərzində məhdudlaşdırılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, barəsində olan şikayət əsasında vətəndaş polis bölməsinə dəvət edilib:
“İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Onun 43 saat bölmədə saxlanılması ilə bağlı iddialar əsassızdır”.
Qeyd edək ki, həmin şəxs şəhid Mahir Mirzəyevin atasıdır. Mahir Mirzəyev 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.