Bu gün təxliyə avtobusları Türkiyənin iki vilayətindən Azərbaycana yola düşəcək - YENİLƏNİB + FOTO

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, 9 fevral tarixində saat 17:00-da daha bir təxliyə avtobusu Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.

12:38
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.