Erməni rəzaləti: Türkiyədəki faciəyə görə toy-bayram edirlər?- VİDEOLAR

Ermənistanın Türkiyədə baş verən zəlzələ ilə əlaqədar humanitar yardım göndərməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanda sorğu keçirilib.
Sorğuda iştirak edənlər Türkiyədəki zəlzələ ilə bağlı insanlığa sığmayan fikirlər səsləndiriblər. Belə ki, iştirakçılardan biri gülərək deyib:
“Əlbəttə, biz yardım göndərməli idik. Ancaq zəhərlənmiş yardım. Zəhərdən daha çox insan ölərdi”.
Türklərə nifrətini gizlətməyən erməni qadın isə “Türkiyəyə yardım etmək lazım deyil, onlar bizim düşmənlərimizdir” deyib.
Vaxtilə zəlzələdən zərər çəkmiş digər bir erməni isə öz faşist düşüncəsini belə ifadə edib: "Yaxşı olar ki, məndən bu barədə soruşmayasınız. Bizdə - Spitakda olan zəlzələni xatırlayırsınız? Mən oradanam. Türkiyədə vəziyyət daha pis olmalı idi. Yaxşı oldu ki, başlarına bunlar gəldi. Ümid edirəm ki, vəziyyət daha da pisləşəcək”.

Qeyd edək ki, ermənilərə məxsus Teleqram kanallarında oxşar məzmunlu videoların sayı hesabı yoxdur. Belə ki, bu videolardan birində erməni mənşəli şəxs Türkiyədə zəlzələ zamanı binanın uçması fonunda "Bozqurd" işarəsi göstərir və qurd kimi ulayaraq, türk xalqının faciəsinə sevindiyini nümayiş etdirir.
Ətraflı aşağıda təqdim etdiyimiz videolarda: