"Jiquli"si ilə gündəm olan şəxsə yeni avtomobil hədiyyə edilib? - VİDEO

"07" markalı köhnə avtomobili ilə yardım daşıdığı an çəkilən fotosu Türkiyədə və Azərbaycanda gündəm olan Sərvər Bəşirli adlı şəxs "Ümid ilə gəl" verilişinə dəvət olunub.
Bakupost.az xəbər verir ki, proqramın aparıcısı Tarix Əliyev verilişdə ona yeni avtomobil almaq üçün kampaniya başladıb. Tolik Rusiyada yaşayan Bəxtiyar (Baxa) adlı azərbaycanlı iş adamının zəng edərək, ona avtomobil hədiyyə etdiyini söyləyib.
Tolik bildirib ki, maşının açarı Sərvərə birinci gün təqdim ediləcək.