Güclü külək paytaxtda daha 13 ağacı aşırdı - YENİLƏNİB + FOTO/VİDEO

Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində daha 13 ağac sınıb. 
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. 
“Paytaxtın Yasamal rayonu Vahabzadə küçəsi, Nizami rayonu Çobanzadə küçəsi, Xətai Rüstəmov küçəsi və digər ərazilərdə hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb. 

Həmin ağaclar kəsilərək, ərazi təmizlənib. Küləkli hava şəraiti ilə əlaqədar operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar”, - deyə məlumatda qeyd edilir. 

09:08

Ötən gecədən başlayan güclü külək paytaxtda ağacları aşırıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq, bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilib götürülərək, ərazi təmizlənib.